“Azərkosmos” və “STAR.VISION” Xəzər dənizində iqlim dəyişikliyinin təsirini araşdıran birgə tədqiqat layihəsinə start verib.
Layihə çərçivəsində süni intellekt və məsafədən müşahidə texnologiyalarının imkanlarından istifadə edərək, dənizin son 20 ildəki vəziyyəti - su səviyyəsinin dəyişməsi, sahil eroziyası və ekosistem pozuntuları kimi göstəricilər üzrə araşdırmalar həyata keçirilir. Bu təşəbbüsə sahil və ekologiya sahəsində ixtisaslaşmış Çinin Ningbo Universiteti də dəstək verir.
Bu təşəbbüs Azərbaycan və Çin arasında innovativ texnologiyalarla ətraf mühitin qorunması istiqamətində, eləcə də kosmik texnologiyalar, süni intellekt və Yerin məsafədən müşahidəsi sahələrində davamlı əməkdaşlığın inkişafına təkan verir. Bu barədə "Caspian Energy Media" Azərkosmos-a istinadən xəbər verir.