İqtisadiyyat Naziri Mikayıl Cabbarov Pakistanın Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar ilə görüşüb.
“Caspian Energy Media” xəbər verir ki, bu barədə nazir "X" sosial şəbəkə hesabında paylaşım edib.
"Pakistana səfərimiz zamanı bu ölkənin Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar ilə görüşməkdən məmnun olduq. Ölkələrimizin iqtisadi sahədə birgə fəaliyyətinin gündəmində olan məsələlər, qarşılıqlı investisiyaların təşviqi, enerji sahəsində əməkdaşlığı və ticarət əlaqələrinin gücləndirilməsini nəzərdə tutan layihələr barədə müzakirələr apardıq", - deyə paylaşımda qeyd edilib.