Cümə, 04 Aprel 2025 15:15

Azərbaycan və Sloveniya arasında energetika sahəsində əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalanıb

Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərin 11-ci iclası və YaşıEnerji Məşvərət Şurası nazirlərin 3-cü iclası çərçivəsində energetika naziri Pərviz Şahbazovla Sloveniyanının ətraf mühit, iqlim və energetika naziri Bojan Kumer arasında görüş olub.

Görüşdə təbii qaz sahəsində enerji şirkətlərinin əməkdaşlığı və Sloveniyanıqazla təchizatı üzrə əməkdaşlığbaşlanması enerji əlaqələrinin inkişafı aspektində dəyərləndirilib. Yeni istiqamətlər üzrə əməkdaşlığa maraq ifadə edilib.

Müzakirələrdən sonra “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Sloveniya Respublikasının Ətraf Mühit, İqlim və Energetika Nazirliyi arasında Energetika Sahəsində Əməkdaşlıq üzrə Anlaşma Memorandumu” imzalanıb.

Memorandum enerji sahəsində, o cümlədən enerji təhlükəsizliyi və qaz təchizatının şaxələndirilməsi,  hidrogen də daxil olmaqla yaşıl enerji texnologiyaları üzrə əməkdaşlığın inkişaf etdirilməsi və bərpa olunan enerji mənbələrindən istifadəyə dair təcrübə mübadiləsinin genişləndirilməsini ehtiva edir. Sənəddə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası və Paris Sazişi çərçivəsində qəbul edilmiş enerji siyasətləri və təşəbbüsləri üzrə əməkdaşlığın da gücləndirilməsi nəzərdə tutulur. Bu barədə “Caspian Energy Media” Energetika Nazirliyinə istinadən xəbər verir.

Read 29 times Last modified on Cümə axşamı, 10 Aprel 2025 10:26