Çərşənbə axşamı, 08 Aprel 2025 10:54

Azərbaycan və Qazaxıstan maliyyə sektorunda əməkdaşlığın genişləndirilməsini müzakirə edib

Azərbaycan və Qazaxıstan arasında maliyyə sektorunda əməkdaşlıq əlaqələrinin genişləndirilməsi imkanları müzakirə edilib.

Qazaxıstanın Maliyyə Bazarının Tənzimlənməsi və İnkişafı Agentliyinin sədri Mədinə Abılkasımovanın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri baş tutub. Səfər zamanı AMB-nin sədri Taleh Kazımov Qazaxıstan nümayəndə heyəti ilə görüşüb. Görüşdə AMB-nin həyata keçirdiyi “2024-2026-cı illərdə maliyyə sektorunun inkişafı Strategiyası” və onun çərçivəsində icra olunan strateji təşəbbüslər barədə geniş məlumatı Qazaxıstan nümayəndə heyətinin diqqətinə çatdırıb.

Görüş zamanı Qazaxıstan agentliyinin sədri maliyyə sabitliyinin təmin olunması, bank və sığorta nəzarəti sahəsində tətbiq olunan yanaşmalar, həmçinin maliyyə bazarlarının tənzimlənməsi sahəsində ölkəsinin təcrübəsi haqqında ətraflı məlumat verilib. Həmçinin Qazaxıstanda rəqəmsallaşma istiqamətində həyata keçirilən layihələr və bu istiqamətdə görülən işlərə dair təqdimat keçirilib. Bu barədə “Caspian Energy Media” Mərkəzi Banka istinadən xəbər verir.

 

Read 82 times Last modified on Çərşənbə axşamı, 08 Aprel 2025 11:01