Cümə, 13 Dekabr 2024 17:32

Türkiyə Prezidenti ABŞ Dövlət katibini qəbul edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu ölkəyə iki günlük rəsmi səfərə gələn ABŞ Dövlət katibi Antoni Blinkeni Ankarada qəbul edib.

Türkiyə liderinin ABŞ Dövlət katibi ilə paytaxtın Esenboğa hava limanının ərazisində keçirilən görüşündə xarici işlər naziri Hakan Fidan, Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya şöbəsinin rəhbəri Fəxrəddin Altun və digər rəsmi şəxslər iştirak ediblər.

Bu barədə “Caspian Energy Media” “Anadolu” agentliyinə istinadən xəbər verir.

Read 185 times Last modified on Cümə, 13 Dekabr 2024 14:38