Bazar ertəsi, 13 Yanvar 2025 15:18

“Barselona” “Real Madrid”i məğlub edərək İspaniya Superkubokunun qalibi olub

Futbol üzrə İspaniya Superkubokunun qalibi bəlli olub.

“Caspian Energy Media” xəbər verir ki, həlledici oyunda "Real Madrid" və "Barselona" komandaları qarşılaşıb. Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən görüş Kataloniya təmsilçisinin 5:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Bununla da "Barselona" tarixində 15-ci dəfə İspaniya Superkubokun qalibi olub.

 

Read 612 times Last modified on Bazar ertəsi, 13 Yanvar 2025 16:20