Cümə axşamı, 10 Aprel 2025 10:58

Azərbaycan və İtaliya hava nəqliyyatı sahəsində əməkdaşlığı genişləndirir

“Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin prezidenti Samir Rzayev ilə İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Luka Di Canfrançesko arasında görüş baş tutub.

Görüşdə iki ölkə arasında hava nəqliyyatı sahəsində əməkdaşlığın gücləndirilməsi və yeni imkanların dəyərləndirilməsi məsələləri müzakirə olunub. Tərəflər uçuşların intensivləşdirilməsinin Azərbaycan və İtaliya arasında iqtisadi, turizm və mədəni əlaqələrin inkişafına mühüm töhfə verdiyini vurğulayıb.

S. Rzayev bildirib ki, AZAL 1 apreldən etibarən Bakı-Milan-Bakı marşrutu üzrə reyslərinin sayını artıraraq həftədə 6 dəfəyə çatdırıb, 13 may tarixindən isə uçuşları hər gün həyata keçirəcək.

Görüş zamanı tərəflər yeni istiqamətlərin açılması, ortaq təşəbbüslərin irəli sürülməsi və regional inteqrasiya imkanlarının nəzərdən keçirilməsi barədə də fikir mübadiləsi aparıb.

Bu barədə “Caspian Energy Media” AZAL-a istinadən xəbər verir.

Read 44 times Last modified on Cümə axşamı, 10 Aprel 2025 11:03