Super User

Super User

Avropa ölkələri ilə birqə həyata keçirilən lahiyələrə və tədbirlərin təşkilatı prosesinə rəhbərlik etmək məqsədilə “Caspian Energy Club Europe” təşkilatı yaradılıb. “Avropa ilə İqtisadi əməkdaşlıq” İctimai Birliyinin sədri, “Caspian Energy Club”ın baş icraçı direktorunun birinci müavini və baş maliyyə direktoru Rasim Mahmudov həmin təşkilatın sədri vəzifəsinə təyin edilib. Bu barədə “Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev məlumat verib.

Telman Əliyev bildirib ki, “Caspian Energy Europe”un yeni sədri Rasim Mahmudov Çexiya istisna olmaqla, digər Avropa ölkələrində qeydə alınan nümayəndəliklərin bütün layihələrinin icrasına rəhbərlik edəcək. “Bildiyiniz kimi, Çexiyada həyata keçirilən lahiyələrə “Caspian Energy Club Czechia”nın sədri Zaur Qədirov çox uğurla rəhbərlik edir və biz bu əməkdaşlığı davam etdirməyi planlaşdırırıq”, - deyə Telman Əliyev bildirib.

"Rasim Mahmudov öz fəaliyyəti ilə daim yüksək səviyyəli əlaqələr qurmağa çalışmış, müxtəlif formatlarda dialoqların stimullaşdırılması, habelə qarşılıqlı faydalı tərəfdaşlıqların inkişafı üçün yorulmaz səy göstərmişdir. "Caspian Energy Club Europe" çərçivəsində həyata keçirilən layihələr regional və qlobal miqyasda daha geniş əməkdaşlıq imkanları yaratmaq məqsədini güdür. İnanıram ki, Rasim Mahmudovun sayəsində Avropada “networking” əməkdaşlığımızı daha da möhkəmləndirəcəyik", – Telman Əliyev vurğulayıb və əlavə edib ki, Rasim Mahmudov “networking” prosesini sadəcə formal əlaqələr deyil, eyni zamanda etimadın yaradılması və uzunmüddətli strateji əlaqələrin inkişafı kimi vacib bir proses hesab edir. 

Yeni vəzifəsinə təyin olunan Rasim Mahmudov öz növbəsində belə əhəmiyyətli bir rolu qəbul etməkdən böyük məmnuniyyət duyduğunu və yeni vəzifədə müxtəlif ölkələrdə fəaliyyət göstərən sahibkarlar arasında möhkəm əlaqələr qurmağa çalışacağını və bu məqsədə çatmaq üçün bütün imkanlarını səfərbər edəcəyini bildirib. Rasim Mahmudovun sözlərinə görə, "Caspian Energy Club Europe" ikitərəfli, üçtərəfli və çoxtərəfli “Business Tour”lar, “B2G” və “B2B” forumlar, müxtəlif mövzularda “Grand CEO MeetUp”lar və digər formatda sahibkarlar və şirkət nümayəndələri üçün tədbirlər təşkil olunacaq. “Bizim əsas məqsədimiz Azərbaycan və digər Orta Dəhliz ölkələrinin sahibkarlarının Avropada, Avropa ölkələrinin sahıbkarlarının isə Azərbaycan və digər Orta Dəhliz ölkələrində “networking” imkanlarını genişləndirməkdir”, - Rasim Mahmudov fikrini yekunlaşdırıb.

“Caspian Energy Club” dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən dinamik və inkişaf edən regional təşkilatdır. Biznes-hökümət dialoqunun fəal iştirakçısı olan “Caspian Energy Club”ın əsas məqsədi Azərbaycanda və “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.

Biznes-networking üçün beynəlxalq platforma olan “Caspian Energy Club” mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. 

Mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club”ın əsas fəaliyyəti Mərkəzi Dəhliz ölkələrini əhatə edir. “Caspian Energy Club”ın həmçinin dünyanın 63 şəhərində rəsmi nümayəndəlikləri və səlahiyyətli nümayəndələri mövcuddur.

“Caspian Energy Club International” 2023-cü ildə “Caspian Energy Club”ın beynəlxalq layihələrini idarə etmək məqsədi ilə yaradılmışdır. 5 il ərzində “Caspian Energy Club International” dünyanın 100 ölkəsində “Caspian Energy Club”ın fiziki ofislərini açmağı planlaşdırır. “Caspian Energy Club International”ın əsas funksiyalarından biri, klubun fəaliyyətinin müxtəlif ölkələrdə idarə edilməsi və “Caspian Energy Club” qrupuna daxil olan bütün xarici ofislər və şirkətlər üçün rəqəmsal iqtisadiyyat, yaşıl energetika, yaşıl maliyyə, rəqəmsal transformasiya və yaşıl və innovativ texnologiyaların tətbiqi sahələrində layihələrin lobbiləşdirilməsi və təşviqi üzrə vahid strateji planın formalaşdırılmasıdır.

“Clean Energy Cəbrayıl” MMC və “Baku Steel Company” QSC (bundan sonra – BSC) arasında günəş enerjisi təchizatı haqqında anlaşma memorandumu imzalanıb. Anlaşma çərçivəsində “Clean Energy Cəbrayıl” MMC mövcud elektrik şəbəkəsi vasitəsilə BSC-ni bərpaolunan enerji ilə təchiz edəcək.

“Caspian Energy Media” xəbər verir ki, Cəbrayıl rayonunun Soltanlı kəndində inşa ediləcək layihə 100 MVt gücündə günəş enerji stansiyasının tikintisini ehtiva edir və hər biri 50 MVt olmaqla iki hissədən ibarətdir: Şəms və Üfüq günəş stansiyaları. İstehsal olunan günəş enerjisi yerli sənaye müəssisələrinin enerji ehtiyaclarını qarşılamaq məqsədi daşıyır.

Sözügedən layihə “Clean Energy Invest” MMC-nin “Clean Energy Cəbrayıl” və “Nobel Energy”nin “Enerso” şirkətləri vasitəsilə həyata keçiriləcək. Bu tərəfdaşlıq hər iki tərəfin Azərbaycanın yaşıl enerjiyə keçid strategiyasını dəstəkləməyə və ölkənin dayanıqlı inkişaf məqsədlərinə töhfə verməyə hazır olan ortaq öhdəliyini nümayiş etdirir.

Clean Energy Jabrayil LLC and Baku Steel Company have signed a Memorandum of Understanding (MOU) to collaborate on a solar power project aimed at supplying renewable energy to Baku Steel Company via the central grid network, “Caspian Energy Media” reports.

The project, which involves the development of a 100 MW solar power plant in the Soltanli village of Jabrayil, consists of two parts: Shams and Horizon solar stations, each with a 50 MW capacity. The solar power generated will be used to meet the energy needs of the local manufacturing sector. The energy from both solar plants will be supplied to Baku Steel Company, along with other offtakers.

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 23 847,3 mln.kVt-saat elektrik enerjisi istehsal olunub, bu da illik müqayisədə 0,8% azdır.

“Caspian Energy Media” xəbər verir ki, hesabat dövründə elektrik enerjisi istehsalı İstilik Elektrik Stansiyalarda 20 532,0 mln. kVt-saat, Su Elektrik Stansiyalarda 2 563 mln. kVt-saat, digər mənbələr üzrə isə 752,3 mln. kVt-saat təşkil edib.

Bu dövrdə külək elektrik stansiyalarında 44,8 mln. kVt-saat, günəş elektrik stansiyalarında 515,3 mln. kVt-saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 192,2 mln. kVt-saat elektrik enerjisi istehsal edilib.

Beləliklə, 10 ay ərzində yaşıl enerji mənbələri üzrə elektrik enerjisi istehsalı ötən ilin müvafiq dövrünə nisbətən 1 495 mln. kVt-saat artaraq 3 315,3 mln. kVt-saat təşkil edib.

В январе-октябре 2024 года в Азербайджане было произведено 23 847,3 млн. кВт/ч, что в годовом сравнении меньше на 0,8%.

Как сообщает “Caspian Energy Media”, за отчетный период производство электроэнергии на тепловых электростанциях (ТЭС) составило 20 532,0 млн. кВт/ч, производство электроэнергии на ГЭС – 2 563 млн. кВт/ч, производство электроэнергии по другим источникам – 752,3 млн. кВт/ч.

За отчетный период на ветряных электростанциях было выработано 44,8 млн. кВт/ч, на солнечных электростанциях – 515,3 млн. кВт/ч, на Заводе по утилизации твердых промышленных отходов – 192,2 млн. кВт/ч электроэнергии.

Таким образом, за 10 месяцев производство электроэнергии по источникам зеленой энергии выросло в годовом сравнении на 1 495 млн. кВт/ч и достигло 3 315,3 млн. кВт/ч.

In January-October of this year, 23,847.3 million kWh of electricity was produced in Azerbaijan, which is 0.8% less than the previous year, “Caspian Energy Media” reports.

During the reporting period, electricity production at Thermal Power Plants amounted to 20,532.0 million kWh, at Hydropower Plants 2,563 million kWh, and from other sources 752.3 million kWh.

During this period, 44.8 million kWh was produced at wind power plants, 515.3 million kWh at solar power plants, and 192.2 million kWh at the Solid Waste Incineration Plant.

Thus, over the 10 months, electricity production from green energy sources increased by 1,495 million kWh compared to the same period last year, amounting to 3,315.3 million kWh.

“AzərEnerji” və  “GE Vernova” şirkəti arasında sənəd imzalandı

COP29 çərçivəsində “AzərEnerji” ASC-nin rəhbəri Baba Rzayev və “GE Vernova” şirkətinin Avropa, Yaxın Şərq və Afrika üzrə Qaz Enerjisi istiqamətində prezidenti və baş icraçı direktoru Cozef Anisin iştirakı ilə "yaşıl zona”da tədbir keçirilib.

Tədbirin yekunu olaraq,  “Azərenerji” ASC-nin rəhbəri Baba Rzayev və “GE Vernova” şirkətinin səlahiyyətli nümayəndəsi Cozef Anis arasında sözügedən layihə ilə bağlı sənəd imzalanıb.

Bu barədə “Caspian Energy Media” “AzərEnerji”-ə istinadən xəbər verir.

COP29 çərçivəsində “AzərEnerji” ASC-nin rəhbəri Baba Rzayevin Çinin “Dongfang Electric Corporation” şirkətinin rəhbərliyi ilə görüşü olub.

“DEC Beynəlxalq Korporasiyası”nın vitse-prezidenti Li Jianhua, şirkətin beynəlxalq əməkdaşlıq üzrə vitse-prezidenti Wang Ai və şirkətin Mingeçevirdə tikilən 1280 MVt-lıq yeni elektrik stansiyası üzrə layihə meneceri Li Qinin iştirakı ilə keçirilən görüşdə hazırda həyata keçirilən layihələr və əməkdaşlığın gələcək perspektivləri, yaşıl enerjiyə keçid və enerji effektivliyi mövzusunda müzakirələr aparılıb. 

Bu barədə “Caspian Energy Media” “AzərEnerji”-ə istinadən xəbər verir.

COP29 çərçivəsində “Səudiyyə Elektrik Şirkətinin başçısı  Xalid Əl Hamidi ilə “AzərEnerji” ASC-nin rəhbəri Baba Rzayev arasında analaşma memarandumu imzalanıb.

Azərbaycan Respublikasının Energetika naziri ilə Səudiyyə Ərəbistanı Krallığının Energetika nazirinin iştirakı ilə “mavi zonada” keçirilən görüşdən sonra imzalanan memarandum əsasən bərpa olunan enerji mənbələrinin enerjisistemə inteqrasiyası, elektrik enerjisi sahəsində bilik və təcrübə mübadiləsini əhatə edir. 