Super User

Super User

Thursday, 22 August 2024 13:38

Azərbaycan neftinin qiyməti artıb

Dünya bazarında Azərbaycan nefti bahalaşıb.

“Caspian Energy Media” AZƏRTAC-a istinadən xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,17 dollar və ya 0,21 faiz artaraq 79,52 dollar olub.

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) “Sənaye 4.0 Hazırlıq Proqramı” (S4HP) çərçivəsində tərəfdaş şirkətlərlə əməkdaşlıq üçün müraciət qəbuluna start verir.

“Caspian Energy Media” mərkəzin yaydığı məlumata istinadən xəbər verir ki, S4HP-nin məqsədi şirkətlərin "Sənaye 4.0" hazırlığına dəstək etmək və iqtisadi artıma nail olmaqdan ibarətdir.

Tərəfdaş şirkətlər beynəlxalq ekspertlərin iştirakı ilə bacarıqların artırılması sessiyalarına cəlb olunacaqlar. S4HP çərçivəsində yerli şirkətlər proqram tərəfdaşı kimi təsdiqlənmək imkanı əldə edəcəklər.

Daha ətraflı

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən ölkənin tikinti materialları sənayesi sektorunda fəaliyyət göstərən daha bir müəssisənin - “Bakı Mərmər Qranit” MMC-nin dövlətə məxsus paylarının satışı üzrə keçirilən investisiya müsabiqəsinin qalibi müəyyənləşib. Müsabiqə qalibi 10 milyon 500 min manat həcmində İnvestisiya Proqramının icrasına dair öhdəlik götürüb.

“Caspian Energy Media” İZİA-ya istinadla xəbər verir ki, İnvestisiya Proqramının icrası müəssisədə ən azı 100 yeni iş yerinin açılmasına imkan yaradacaq.

Daha ətraflı

The possibility of establishing Starlink's satellite broadband internet service in Azerbaijan has been discussed, Rashad Nabiyev, the Minister of Digital Development and Transport of the country, said on X.

The discussions took place during a meeting in Baku between the minister and Rebecca Slick Hunter, Starlink's Director for Global Licensing and Market Activation, who is currently visiting the city.

Starlink, a project by Elon Musk's SpaceX, aims to provide high-speed internet access to remote and underserved areas worldwide through a constellation of low-Earth orbit satellites.

Azərbaycanda “Starlink” genişzolaqlı peyk internet xidmətinin təşkil olunması müzakirə edilib.

“Caspian Energy Media” xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsindəki hesabında bildirib.

“Bakıda səfərdə olan “Starlink” peyk sisteminin qlobal lisenziyalar və yeni bazarlar üzrə direktoru Rebekka Slik Hanterlə görüşdük. Azərbaycanda “Starlink” genişzolaqlı peyk internet xidmətinin təşkili məsələlərini müzakirə etdik,”- deyə o qeyd edib.

Aqrar Sahə İşçilərinin Həmkarlar İttifaqı Birliyi və “Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin (ASC) birlikdə taxıl biçini dövründə elan etdiyi müsabiqəyə yekun vurulub.

“Caspian Energy Media” nazirliyə istinadla xəbər verir ki,seçim zamanı yüksək peşə hazırlığı, əmək intizamı və biçin dövründə əldə edilmiş nəticələr nəzərə alınıb. Tədbirin sonunda taxıl biçininin təşkili prosesinə həsr edilmiş müsabiqənin qalibləri elan edilib. “Aqroservis” ASC-nin Aqtrotexniki xidmətlər şöbəsinin əməkdaşı Ruslan Hacıyev “Ən yaxşı mütəxəssis”, qurumun Şabran Rayon Bölməsinin mexanizatoru Ərziman Ərzimanov “Ən yaxşı mexanizator”, Tovuz Rayon Bölməsinin əməkdaşı Asəf Ələkbərov “Ən yaxşı mühəndis”, Sabirabad Regional Nümayəndəliyinin direktoru Qalib Pənahov “Ən yaxşı bölmə rəhbəri” nominasiyası üzrə qalib elan ediliblər.

Qaliblər Aqrar Sahə İşçilərinin Həmkarlar İttifaqı Birliyi tərəfindən diplom və mükafatlar ilə təltif olunublar.

Türkiyə Prezident Administrasiyasının Müdafiə Sənayesi Komitəsinin nəzdində Kvant Texnologiyalarının Təkmilləşdirilməsi Mərkəzi yaradılır.

“Caspian Energy Media” AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə komitənin rəhbəri Haluk Görgün bildirib.

Professor Haluk Görgün deyib ki, dünyada inkişaf tempini getdikcə artıran kvant texnologiyaları sahəsində qlobal inkişaflarla bərabər, ekvivalent qazancları ölkə daxilində əldə etməyin Türkiyəyə qazandıracağı strateji üstünlükləri nəzərə alaraq, sahə üzrə ölkədaxili inkişafı sürətləndirmək və dünya ilə rəqabətədavamlı hala gətirməyi ciddi zərurət kimi görürük. Bu baxımdan Müdafiə Sənayesi İcraiyyə Komitəsinin qərarı ilə yaradılacaq Türkiyə Kvant Texnologiyalarının Təkmilləşdirilməsi Mərkəzində bu texnologiyalar üçün mühüm olan infrastruktur yaradılacaq, insan resursları formalaşdırılacaq, yerli kvant texnologiyaları ekosistemi və texnoloji biliklər inkişaf etdiriləcək. Mərkəzdə yerli və beynəlxalq əməkdaşlıqların genişləndirilməsi istiqamətində də fəaliyyət həyata keçiriləcək.

Wednesday, 21 August 2024 19:53

Azərbaycan Ermənistanı COP29-a dəvət edib

COP29-da iştirak etmək üçün dünyanın bütün dövlət başçılarına dəvət göndərilib.

“Caspian Energy Media” xəbər verir ki, bu barədə Azərbaycan energetika nazirinin müavini, COP29 Azərbaycan üzrə baş icraçı direktor Elnur Soltanov “Anadolu” agentliyinə müsahibəsində deyib.

Elnur Soltanov bildirib ki, 50-dən çox dövlət və hökumət başçısı COP29-da iştirak edəcək və bu rəqəmin artacağı gözlənilir.

Dəvət olunanlar arasında Ermənistan da var”, - o vurğulayıb.

Bu ilin yanvar-iyul aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən 487 min nəfər sosial müavinət, 399 min nəfər Prezidentin aylıq təqaüdü ilə təmin edilib.

“Caspian Energy Media” nazirliyə istinadən xəbər verir ki, həmin dövrdə əhaliyə sosial müavinətlər üzrə 626 mln. manat, Prezident təqaüdləri üzrə 400 mln. manat ödənilib.

Cari ilin 7 ayında 89 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən 659 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

Казахстан и Китай 19 августа начали разработку проекта межправительственного соглашения о делении между двумя странами вод трансграничных рек, сообщает "Caspian Energy Media" со ссылкой на KAZAKHSTAN TODAY и пресс-службу Министерства водных ресурсов и ирригации Казахстана.

По данным министерства, разработкой межправительственного соглашения занимается совместная рабочая группа, куда входят специалисты двух государств.

Основной задачей соглашения является обеспечение поступления объема воды, гарантирующего сохранение озера Балхаш на оптимальном уровне.

По информации ведомства, с начала года в озеро направили больше 12 млрд кубометров воды.

Ранее сообщалось, что ученые Казахстана, Китая, России и Узбекистана проведут исследования Аральского моря.

 

NEWS