"Caspian Energy Club"ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev və “Caspian Energy Club International”ın idarəedici direktoru Günel Quliyeva noyabr ayının 4-də Biznes mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Daxili İşlər Nazirliyinin rəhbərlik etdiyi “Risklərin təhlili” işçi qrupunun 2025-ci il üçün Fəaliyyət Planı üzrə onlayn formatda keçirilən növbəti iclasında iştirak ediblər.
“Risklərin təhlili” işçi qrupunun rəhbəri, daxili işlər nazirinin müavini İsmət Əliyevin iştirakı ilə keçirilən iclasda İşçi Qrupun 2025-ci il üçün Fəaliyyət Planının 3-cü bəndinə əsasən, geosiyasi risklər, dini ekstremizmə qarşı mübarizə və qarşıda duran vəzifələr ilə bağlı məsələlər müzakirə olunub.
İclasın yekununda İşçi qrupunun üzvlərinin təkliflərinin ümumiləşdirilərək Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyaya təqdim olunması qərara alınıb.

