Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və qızı Arzu Əliyeva Gəncə şəhər 37 nömrəli tam orta məktəbdə Heydər Əliyev Fondu tərəfindən aparılan təmir-bərpa işləri ilə tanış olublar.
Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov məktəbdə aparılan əsaslı təmir-bərpa işləri ilə bağlı məlumat verdilər.
Bu barədə “Caspian Energy Media” Prezidentin Mətbuat xidmətinə istinadən xəbər verir.

						
						
						
		  	
				
				
				
				
							
				
				
				
				
							
				
				
				
				
							
				
				
				
				
							
				
				
				
				
							