Среда, 09 Апрель 2025 10:08

Kənd təsərrüfatı naziri Moldova nümayəndə heyəti ilə görüşüb

Kənd Təsərrüfatı Nazirliyində Azərbaycanda səfərdə olan Moldova Respublikasının Baş nazirinin müavini, infrastruktur və regional inkişaf naziri, Azərbaycan-Moldova iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın həmsədri Vladimir Boleanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Görüş zamanı iki ölkə arasında enerji, nəqliyyat, mədəniyyət, təhsil və turizm sahələrində əməkdaşlıq imkanları, Azərbaycandan Moldovaya birbaşa uçuşların sayının artırılması, turizm potensialından səmərəli istifadə, kənd təsərrüfatı məhsullarının emalı sahəsində əməkdaşlıq, Azərbaycan-Moldova iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın fəaliyyəti, komissiyanın cari ilin 11 aprel tarixində Bakıda keçiriləcək altıncı iclası və bu çərçivədə təşkil olunacaq biznes forumla bağlı məsələlər müzakirə olunub.

Tərəflər imzalanmış və razılaşdırılma mərhələsində olan müqavilələr, gələcək əməkdaşlıq perspektivləri ətrafında da fikir mübadiləsi aparıb, Azərbaycan və Moldovanın kənd təsərrüfatı sahəsində əməkdaşlığının genişləndirilməsi üçün böyük potensialın mövcud olduğunu vurğulayıblar. 

Bu barədə “Caspian Energy Media” Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir. 

Read 85 times Last modified on Среда, 09 Апрель 2025 10:12

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ