Вторник, 08 Апрель 2025 14:25

KOBİA nümayəndələri Əbu-Dabidə keçirilən İllik İnvestisiya Toplantısında iştirak ediblər

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndələri Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində keçirilən İllik İnvestisiya Toplantısında (“AIM Congress”) iştirak ediblər. “AIM Congress” çərçivəsində təşkil olunmuş “KOB-ların inkişaf strategiyası: Uğur üçün KOB-ların fəaliyyətinin genişləndirilməsi” mövzusunda panel müzakirədə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Azərbaycanda KOB-lar üçün yaradılmış imkanlar və dəstək alətləri barədə məlumat verib.

KOBİA nümayəndələri “AIM Congress”in Beynəlxalq Startap Yarışmasında ölkəmizi təmsil edən “CLIMASEL” startap komandasının stendində də olub, gənclərlə layihəyə xarici investorların marağına dair fikir mübadiləsi aparıblar. 

Bu barədə “Caspian Energy Media” KOBIA-ya istinadən xəbər verir. 

Read 56 times Last modified on Среда, 09 Апрель 2025 12:27

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ