Среда, 09 Апрель 2025 11:18

Nazir Rəşad Nəbiyev İsrailin “ICL Group” və “Elbit Systems” şirkətlərinin rəhbərləri ilə görüşüb

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev İsrailin “ICL Group” və “Elbit Systems” şirkətlərinin rəhbər heyəti ilə görüş keçirib.

Görüş zamanı “ICL Group” təmsilçiləri ilə avtomobil və dəmiryolu nəqliyyatı sahəsində əməkdaşlıq imkanları müzakirə olunub. Orta Dəhliz çərçivəsində daşımaların həyata keçirilməsində şirkətin mümkün iştirak perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

“Elbit Systems” nümayəndələri ilə görüşdə isə kibertəhlükəsizlik, rəqəmsal dayanıqlılıq və süni intellekt sahələrində strateji əməkdaşlığın dərinləşdirilməsi məsələləri diqqətə çatdırılıb. Həmçinin ölkəmizdə mükəmməllik və təlim mərkəzlərinin yaradılması imkanları nəzərdən keçirilib. Bu barədə “Caspian Energy Media” Rəqəmsal inkişaf və nəqliyyat nazirliyinə istinadən xəbər verir.

Read 21 times Last modified on Четверг, 10 Апрель 2025 11:22

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ