Вторник, 22 Апрель 2025 10:29

Azərbaycan və Meksika arasında futbol sahəsində ikitərəfli münasibətlərin inkişaf imkanları müzakirə edilib

AFFA-nın baş katibi Cahangir Fərəcullayev Meksikanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mariya Viktoriya Romero Kabalyero ilə görüşüb.

Görüşdə futbol sahəsində ikitərəfli münasibətlərin inkişaf imkanları müzakirə edilib.

Səfir 2026-cı ildə ABŞ, Kanada və Meksikada təşkil ediləcək dünya çempionatı barədə ümumi məlumat verib, azərbaycanlı azarkeşləri mundial zamanı ölkələrində görməkdən məmnun olacaqlarını bildirib. Bu barədə “Caspian Energy Media” AFFA-ya istinadən xəbər verir.

Read 24 times Last modified on Вторник, 22 Апрель 2025 10:35

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ