Aprelin 21-də Qırğızıstan Milli Tarix Muzeyində Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli ilə Qırğız Respublikasının mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Mirbek Mambataliyev arasında ikitərəfli görüş keçirilib.
Görüşdə həmçinin nazirlər Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında mədəniyyət sahəsində əməkdaşlığın inkişafına dair 2025 - 2026-cı illər üçün praktiki tədbirlər planını imzalayıblar. Sənəddə beynəlxalq və regional təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsi, teatr, kinematoqrafiya və digər sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsi ilə bağlı müddəalar yer alıb. İmzalanma mərasimindən sonra qarşılıqlı hədiyyələr təqdim olunub. Bu barədə “Caspian Energy Media” Mədəniyyət Nazirliyinə istinadən xəbər verir.