6 dekabr 2025-ci il tarixində "Baku Media Center"in dəstəyi “Caspian Energy Club”ın və Azərbaycan Milli Biznes Assosiasiyasının (MİLLİ.BİZ) təşkilatçılığı ilə şirkət rəhbərləri və onların ailə üzvlərinin iştirakı ilə təşkil olunan “GRAND Family Day” tədbiri keçirildi. Ailə və mədəniyyət dəyərlərini bir araya gətirən bu xüsusi gün iştirakçılar üçün həm əyləncəli,
həm də maarifləndirici müzakirələrlə yadda qaldı.
Tədbir çərçivəsində Azərbaycan tarixinin görkəmli xeyriyyəçisi və maarifpərvər ziyalısı Hacı Zeynalabdin Tağıyevin həyat və fəaliyyətindən bəhs edən “Tağıyev” filminin aktyor və çəkiliş heyəti ilə geniş tərkibli görüş və açıq müzakirə keçirildi. Görüş zamanı film ətrafında fikir mübadiləsi aparıldı, onun tarixi əhəmiyyəti, çəkiliş prosesi və ölkəninmədəni həyatındakı rolu geniş şəkildə olundu.
Müzakirələr zamanı iştirakçılar Azərbaycanın kino sənayesinin mövcud potensialına da xüsusi diqqət yetirdilər. Kino sahəsinin inkişaf etdirilməsi üçün beynəlxalq əməkdaşlığın genişləndirilməsinin, özəl sektorun və biznes qurumlarının prosesə daha fəal şəkildə cəlb olunmasının vacibliyi vurğulandı.
İştirakçılar tərəfindən filmlərin və ümumilikdə Azərbaycan kinematoqrafiyasının necə daha effektiv şəkildə təşviq edilə və beynəlxalq auditoriyaya çıxarıla biləcəyi ilə bağlı müxtəlif fikirlər səsləndirildi.
“Biz hesab edirik ki, “Tağıyev” kimi filmlər yalnız bir tarixi şəxsiyyətin həyatından bəhs etmir, eyni zamanda xalqımızın dəyərlərini, milli kimliyini və gələcək nəsillərə ötürülməli olan irsi əks etdirir. Məhz buna görə də bu layihənin fəal şəkildə geniş auditoriyaya tanıdılması bizim üçün böyük əhəmiyyət daşıyır”, - təqdbir haqqında danışan “Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev bildirdi.
Sonda vurğulandı ki, “GRAND Family Day” istirahət və ailə tədbiri olmaqla yanaşı, eyni zamanda gələcək əməkdaşlıqlar üçün zəmin yaradan mədəni və işgüzar dialoq üçün açıq məkandır.
“Caspian Energy Holding” haqqında qısa məlumat
“Caspian Energy Holding” 2025-ci ildə “Caspian Energy” brendi altında fəaliyyət göstərən bütün networking platformalar, media layihələr, forumlar və mükafatları vahid "Milli.Biz" ekosistemi daxilində birləşdirmək məqsədilə təsis edilmişdir. "Milli.Biz" ekosistemi əsasında “Caspian Energy Club”, Avropa ilə İqtisadi Əməkdaşlıq İctimai Birliyi və Azərbaycan Milli Biznes Assosiasiyası vasitəsilə 100-dən çox ölkədən olan sahibkarlara networking qurmaq imkanı yaradılacaq.
“Caspian Energy Holding”in tərkibinə aşağıdakı qruplar daxildir: “Caspian Energy Club”, “Caspian Energy Club International”, “Caspian Energy EXIFOR Group”, “Caspian Energy International Media Group”, “Award Organizers Group”, “Caspian Energy Research Group”, “Caspian Energy Entertainment Group”, “Caspian Energy Jobs Group”.
“Caspian Energy Club”a daxil olan sahibkarlar vahid "Milli.Biz" ekosistemi çərçivəsində hal-hazırda mövcud olan bütün xidmətlərlə yanaşı hüquq, maliyyə, turizm, konsaltinq və digər xidmətlərdən yararlana biləcəklər. "Milli.Biz" ekosisteminə inteqrasiya olunan qlobal loyallıq proqramı da tətbiq ediləcək.
2002-ci ildə dünyanın iri transmilli, dövlət və özəl neft-qaz və enerji şirkətləri tərəfindən yaradılan, mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club” dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən və dinamik inkişaf edən beynəlxalq biznes networking platformasıdır. “Caspian Energy Club” biznes-hökumət dialoqunun fəal iştirakçısıdır və əsas məqsədlərindən biri, Azərbaycanda və “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasıdır.
“Caspian Energy Club International” 2023-cü ildə “Caspian Energy Club”ın beynəlxalq layihələrini və dünyanın 63 şəhərində fəaliyyət göstərən xarici ofisləri vahid standartlar əsasında idarə etmək məqsədilə yaradılmışdır. Bu strukturun nəzdində idarə olunan və yaxın 7 il ərzində dünyanın 100 ölkəsində nümayəndəlik açılması planlaşdırılan Azərbaycan Milli Biznes Assosiasiyası (MİLLİ.BİZ) – ölkə daxilində və ölkə hüdudlarından kənarda Azərbaycan sahibkarlarını birləşdirən, regionlarda istehsal olunan məhsul və xidmətləri beynəlxalq bazarlara çıxaran, həmçinin regionlara beynəlxalq investisiyaların cəlb edilməsində aktiv rol oynayan vahid işgüzar platformadır.

