Super User

Super User

“Bakı Enerji Həftəsi” çərçivəsində Azərbaycanla Çinin hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin inkişafı kontekstində Energetika Nazirliyi və “China Energy Engineering Corporation Limited” şirkəti arasında enerji sahəsində hərtərəfli strateji tərəfdaşlıq haqqında Saziş imzalanıb. Sənədi energetika naziri Pərviz Şahbazov və şirkətin vitse-prezidenti Bo Wang imzalayıblar.

Saziş Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Çinə dövlət səfəri çərçivəsində “China Energy Engineering Corporation Limited” şirkətinin sədri ilə görüşün nəticəsi olaraq əldə edilmiş razılaşmaların hüquqi çərçivədə təsbit olunmasını təmin edir. Məqsəd Azərbaycanda təmiz enerji və müasir enerji sistemlərinin inkişafı istiqamətində əməkdaşlığı genişləndirmək və bu sahədə konkret layihələr icra etməkdir. 

Sənədə əsasən, “China Energy Engineering Corporation Limited” şirkəti ilə 160 MVt gücündə Füzuli Günəş Elektrik Stansiyası, Xəzər dənizində 200 MVt gücündə külək enerjisi, hidroenergetika və  “Yaşıl Enerji Dəhlizi”  layihələri üzrə əməkdaşlıq ediləcək. Saziş, həmçinin enerji planlaşdırılması və şəbəkə tədqiqatlarının həyata keçirilməsi, “yaşıl enerji”dən istifadənin inkişafı üzrə Tədqiqat Mərkəzinin yaradılması, bərpa olunan enerji sahəsində ixtisaslı kadrların hazırlanması üzrə əməkdaşlığı əhatə edir.

Bu barədə “Caspian Energy Media” Energetika Nazirliyinə istinadən xəbər verir.

 

 

 

 

В рамках Бакинской энергетической недели между SOCAR и компанией Exxon Mobil Corporation был подписан Меморандум о взаимопонимании.

Согласно информации, Меморандум о взаимопонимании подписали президент SOCAR Ровшан Наджаф и вице-президент компании Exxon Mobil Corporation Джон Ардилл.

Документ предусматривает сотрудничество в нефтегазовой сфере Азербайджана.

Отметим, что долгосрочное партнерство между компанией Exxon Mobil Corporation и SOCAR в энергетическом секторе в последнее время значительно укрепилось. Об этом сообщает “Caspian Energy Media” со ссылкой на SOCAR.

2 iyun 2025-ci il tarixində “Bakı Enerji Həftəsi” çərçivəsində SOCAR ilə “ExxonMobil Corporation” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.

Anlaşma Memorandumunu SOCAR-ın prezidenti Rövşən Nəcəf və “ExxonMobil Corporation” şirkətinin vitse-prezidenti Con Ardil imzalayıblar. Sənəd Azərbaycanın neft-qaz sahəsində birgə əməkdaşlığı nəzərdə tutur.

Qeyd edək ki, “ExxonMobil Corporation” və SOCAR arasında enerji sektorundakı uzunmüddətli tərəfdaşlıq əlaqələri son zamanlar daha da gücləndirilib. Bu barədə “Caspian Energy Media” SOCAR-a istinadən xəbər verir.

В рамках Бакинской энергетической недели подписан Меморандум о взаимопонимании между SOCAR и компанией Gran Tierra Energy Inc.

Согласно информации, документ предусматривает проведение совместных исследований в целях технико-экономической оценки проекта по разведке, разработке и добыче углеводородного потенциала в районе Губы-Прикаспия.

В то же время компания "Gran Tierra Energy Inc." проведёт анализ имеющейся геологической и технической информации по проекту, а также логистического и инфраструктурного потенциала. После согласования программы геологоразведочных работ и основных коммерческих условий будут вестись работы по подписанию Соглашения о разделе доли в продукции.

Отметим, что международная энергетическая компания "Gran Tierra Energy Inc.", головной офис которой расположен в городе Калгари (Канада), занимается в настоящее время разведкой и добычей нефти и природного газа в Канаде, Колумбии и Эквадоре. Об этом сообщает “Caspian Energy Media” со ссылкой на SOCAR.

2 iyun 2025-ci il tarixində “Bakı Enerji Həftəsi” çərçivəsində SOCAR ilə “Gran Tierra Energy Inc.” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.

Sənəd Quba-Xəzəryanı ərazisində karbohidrogen potensialının kəşfiyyatı, işlənməsi və hasilatı layihəsi üzrə texniki və iqtisadi qiymətləndirmə məqsədilə birgə tədqiqat işlərinin aparılmasını nəzərdə tutur.

Eyni zamanda “Gran Tierra Energy Inc.” şirkəti layihə üzrə mövcud geoloji və texniki məlumatları, həmçinin logistika və infrastruktur potensialını təhlil edəcək. Geoloji kəşfiyyat proqramı və əsas kommersiya şərtləri razılaşdırıldıqdan sonra Hasilatın Pay Bölgüsü Sazişinin imzalanması üzrə iş aparılacaq.

Qeyd edək ki, baş ofisi Kanadanın Kalqari şəhərində yerləşən “Gran Tierra Energy Inc.” beynəlxalq enerji şirkəti hazırda Kanada, Kolumbiya və Ekvadorda neft və təbii qazın axtarışı və hasilatı ilə məşğuldur. Bu barədə “Caspian Energy Media” SOCAR-a istinadən xəbər verir.

“Caspian Energy Club”ın İdarə Heyətinin müvafiq qərarına əsasən klubun fəaliyyət formatı “Premium” və qapalı modelə keçirilir. Dəyişikliklərə əsasən, 2025-ci il avqust ayının 1-dən etibarən “Silver”, “Bronze” və “Networking” statuslu üzvlüklər ləğv olunur.

Bu barədə “Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev bildirib.

Onun sözlərinə görə, 1 avqustdan etibarən klubda yalnız aşağıdakı statuslar qüvvədə olacaq: “Diamond”, “Platinum”, “Gold” və yeni təqdim edilən xüsusi üzvlük statusu – “CEO Membership”.

1 avqust tarixinə qədər “Silver” və ya “Bronze” statusda müqavilə imzalayan şirkətlər “Caspian Energy Club”da müqavilə şərtlərinə əsasən bir il ərzində bu statuslarda öz fəaliyyətini davam etdirə və bütün tədbirlərə qatıla bilərlər.

“Bu qərarın əsas məqsədi klubun xidmət səviyyəsini daha da yüksəltmək, beynəlxalq platformalarda daha geniş auditoriyaya çıxış əldə etmək və yalnız yüksək statuslu üzvlər – CEO-lar və iri şirkət nümayəndələri üçün xüsusi beynəlxalq səfərlər, “private banking” xidmətləri, “premium” və “luxury” formatlı tədbirlər təşkil etməkdir”, – Telman Əliyev qeyd edib.

Bundan sonra klub çərçivəsində keçiriləcək bütün tədbirlər qapalı formatda, yalnız “Diamond”, “Platinum”, “Gold” və “CEO Membership” statuslu üzvlər üçün nəzərdə tutulacaq. “Caspian Energy Club”ın üzvü olmayan şirkət və şəxslərin bu tədbirlərdə iştirakı məhdudlaşdırılacaq.

“Biz əminik ki, “Caspian Energy Club”ın fəaliyyətinin yeni mərhələsində bizim böyük ailənin üzvü olan şirkət və təşkilatlar yeni fürsətlərdən səmərəli istifadə edərək, həm Azərbaycanda, həm də beynəlxalq bazarlarda öz mövqelərini gücləndirəcək və fəaliyyətlərini genişləndirəcəklər”, – deyə Telman Əliyev bildirib.

 

“Caspian Energy Holding” haqqında qısa məlumat

“Caspian Energy Holding” 2025-ci ildə “Caspian Energy” brendi altında fəaliyyət göstərən bütün networking platformalar, media layihələr, forumlar və mükafatlar vahid ekosistem daxilində birləşdirmək məqsədilə təsis edilmişdir.

Bu ekosistem üzərində “Caspian Energy Club”, Avropa ilə İqtisadi Əməkdaşlıq İctimai Birliyi və Azərbaycan Milli Biznes Assosiasiyası 100-dən çox ölkədən olan sahibkarlara networking qurmaq imkanı yaradacaq.

“Caspian Energy Holding”in tərkibinə aşağıdakı qruplar daxildir:

• “Caspian Energy Club”

• “Caspian Energy Club International”

• “Caspian Energy Event Group”

• “Caspian Energy International Media Group”

• “Award Organizers Group”

• “Caspian Energy Research Group”

• “Caspian Energy Entertainment Group”

• “Caspian Energy Jobs”

“Caspian Energy Club”a daxil olan sahibkarlar Vahid ekosistem çərçivəsində hal-hazırda mövcud olan bütün xidmətlərlə yanaşı hüquq, maliyyə, turizm, konsaltinq və digər xidmətlərdən yararlana biləcəklər. Ekosistemə inteqrasiya olunan qlobal loyallıq proqramı da tətbiq ediləcək.

2002-ci ildə dünyanın iri transmilli, dövlət və özəl neft-qaz və enerji şirkətləri tərəfindən yaradılan, mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club” dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən və dinamik inkişaf edən beynəlxalq biznesnetworking platformasıdır.

“Caspian Energy Club” biznes-hökumət dialoqunun fəal iştirakçısıdır və əsas məqsədlərindən biri, Azərbaycanda və “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasıdır.

 

 

 

В рамках Бакинской энергетической недели подписаны документы, предусматривающие реализацию трех проектов солнечной энергетики общей мощностью 200 МВт, а также развитие сотрудничества в области зеленой энергетики между Министерством энергетики Азербайджана и компанией MaireTecnimontS.p.A.

Между Министерством энергетики и ООО UniversalSolarAzerbaijan был подписан договор аренды земельного участка по проекту солнечной электростанции «Гобустан» мощностью 100 МВт, реализуемому впервые в стране на основе международного аукционного механизма в области возобновляемой энергетики. Документ подписали министр энергетики Парвиз Шахбазов и директор компании TaoZhicheng. Кроме того, от имени ОАО «Азерэнержи» председатель правления Баба Рзаев и от имени компании директор TaoZhicheng подписали договор купли-продажи электроэнергии и договор о подключении к передающей сети по данному проекту.

В рамках инициатив по превращению освобожденных территорий в «зону зеленой энергетики» также были подписаны соглашения по строительству двух солнечных электростанций в Джебраильском районе. Договоры аренды земельных участков по проектам СЭС «Уфуг» мощностью 50 МВт и СЭС «Шямс» мощностью 50 МВт подписали министр энергетики Парвиз Шахбазов, директор компании EnersoJabrayil ООО Эльдар Мамедзаде и директор компании CleanEnergyJabrayil ООО Хаяла Нагиева. Также подписаны договоры купли-продажи электроэнергии и договоры о подключении к передающей сети по обоим проектам

Кроме того, подписаны соглашения о совместном балансировании с ОАО Norm в связи со строительством солнечных электростанций в Джебраиле. Об этом сообщает "Caspian Energy Media" со ссылкой на Министерство энергетики.

 

Bakı Enerji Həftəsi çərçivəsində ümumi gücü 200 MVt olan 3 günəş enerjisi layihələrinin reallaşdırılmasını, həmçinin Energetika Nazirliyi ilə Maire Tecnimont S.p.A. arasında “yaşıl enerji” sahəsində əməkdaşlığı nəzərdə tutan sənədlər imzalanıb.

Energetika Nazirliyi ilə “Universal Solar Azerbaijan” MMC arasında ölkəmizdə ilk dəfə olaraq bərpa olunan enerji sahəsində keçirilmiş beynəlxalq hərrac mexanizmi əsasında reallaşdırılan 100 MVt gücündə “Qobustan” Günəş Elektrik Stansiyası (GES) layihəsi üzrə “Torpaq icarə müqaviləsi” imzalanıb. Sənədi energetika naziri Pərviz Şahbazov və şirkətin direktoru Tao Zhicheng imzalayıblar. Layihə üzrə “Enerji alqı-satqı müqaviləsi” və “Ötürücü şəbəkəyə qoşulma müqaviləsi” isə “Azərenerji” ASC adından qurumun İdarə Heyətinin sədri Baba Rzayev, şirkət adından direktor Tao Zhicheng tərəfindən imzalanıb.

Azad edilmiş ərazilərin “yaşıl enerji zonası”na çevrilməsi məqsədilə həyata keçirilən təşəbbüslər çərçivəsində, Cəbrayıl rayonunda tikilməsi planlaşdırılan iki günəş elektrik stansiyası üzrə də müqavilələr imzalanıb. 50 MVt gücündə “Üfüq” GES və 50 MVt gücündə “Şəms” GES layihələri üzrə “Torpaq icarə müqavilə”lərini energetika naziri Pərviz Şahbazov, “Enerso Jabrayil” MMC şirkətinin direktoru Eldar Məmmədzadə və “Clean Energy Jabrayil” MMC-nin direktoru Xəyalə Nağıyeva imzalayıb. Hər iki layihəyə dair “Enerji alqı-satqı müqavilə”ləri və “Ötürücü şəbəkəyə qoşulma müqavilə”ləri də imzalanıb.

Cəbrayılda inşa olunacaq günəş stansiyaları ilə bağlı “Norm” ASC ilə birgə balanslaşdırma müqavilələrinə də imza atılıb. Bu barədə “Caspian Energy Media” Energetika Nazirliyinə istinadən xəbər verir.

 

Сегодня акционеры компании Shafag (Jabrayil) SolarLimited (SJSL), созданной в партнерстве между bp, SOCARGreen и Фондом развития предпринимательства Азербайджанской Республики, объявили о принятии окончательного инвестиционного решения по проекту солнечной электростанции «Шафаг».

Одновременно с этим инвесторы терминала Сангачал - bp, SOCAR, TPAO, ЛУКОЙЛ, Южный газовый коридор, NICO, MOL, INPEX, ExxonMobil, ITOCHU, ONGCVidesh, Eni, MVM и TotalEnergies - сегодня утвердили проект электрификации Сангачальского терминала (STEL). Этот проект обеспечит подключение терминала к государственной электросети, управляемой ОАО «АзерЭнержи». В рамках проекта планируется строительство новых объектов как на территории терминала, так и за его пределами, в том числе новой электрической подстанции напряжением 220/110 кВ.

Оба проекта тесно взаимосвязаны с помощью новой коммерческой модели под названием «механизм виртуальной передачи энергии». Согласно этой модели, станция «Шафаг» будет производить электроэнергию и передавать ее ОАО «АзерЭнержи» в Джебраильском районе, после чего «АзерЭнержи» направит эквивалентный объем электроэнергии на терминал Сангачал, расположенный вблизи Баку.

Согласно текущим прогнозам и планам, проекты «Шафаг» и STEL в совокупности позволят сократить примерно на 50 проц выбросы, возникающие в процессе эксплуатации терминала. В настоящее время терминал использует семь газовых турбин для покрытия собственных энергетических потребностей. После электрификации турбины будут поэтапно демонтированы, а неиспользуемые объемы топливного газа смогут быть направлены на экспорт. Об этом сообщает "Caspian Energy Media" со ссылкой на Министерство энергетики.

Подробнее

 

Bakı Enerji Həftəsi çərçivəsində energetika naziri Pərviz Şahbazov və bp-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrelin iştirakı ilə 240 MVt gücündə Şəfəq Günəş Elektrik Stansiyası (GES) və Səngəçal terminalının elektrikləşdirilməsi (STEL) layihələri üzrə yekun investisiya sənədləri imzalanıb. 

Şəfəq GES layihəsi üzrə yekun investisiya qərarı “Şəfəq (Cəbrayıl) Solar Limited” şirkətinin səhmdarları – bp (50,01%), SOCAR Green (39,99%) və Azərbaycan Biznesinin İnkişafı Fondu (10%) tərəfindən, STEL layihəsi üzrə yekun investisiya qərarı isə Səngəçal terminalının investorları – bp, SOCAR, TPAO, Lukoil, SGC, NICO, MOL, INPEX, ExxonMobil, ITOCHU, ONGC Videsh, Eni, MVM və TotalEnergies tərəfindən təsdiqlənib.

Sənədlər Səngəçal terminalının elektrik enerjisi şəbəkəsinə həm terminalın daxilində, həm də onun hüdudlarından kənarda inşa ediləcək yeni qurğular, o cümlədən 220 kV-luq yeni elektrik yarımstansiyası vasitəsilə qoşulmasını nəzərdə tutur. “Virtual enerji ötürülməsi” modelinin tətbiqi ilə Şəfəq GES-də istehsal edilən elektrik enerjisi Cəbrayılda “Azərenerji” ASC-yə, “Azərenerji” ASC tərəfindən isə ekvivalent miqdarda elektrik enerjisi Bakıda Səngəçal terminalına ötürüləcək. Bununla da Səngəçal terminalının gələcək istismar dövründə terminal əməliyyatlarından yaranan emissiyaların təxminən 50% azaldılmasına imkan yaradılacaq.

Bu barədə “Caspian Energy Media” Energetika Nazirliyinə istinadən xəbər verir.

Daha ətraflı

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ