
Super User
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin açılışında iştirak ediblər
Mayın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin açılışında iştirak ediblər.
Səhiyyə naziri Teymur Musayev dövlətimizin başçısına və birinci xanıma görülən işlər barədə məlumat verdi. Bu barədə “Caspian Energy Media” Prezidentin Mətbuat xidmətinə istinadən xəbər verir.
Ильхам Алиев и первая леди Мехрибан Алиева приняли участие в открытии мечети в селе Дашалты Шушинского района
9 мая Президент Азербайджанской Республики Ильхам Алиев и первая леди Мехрибан Алиева приняли участие в открытии мечети в селе Дашалты Шушинского района.
Специальный представитель Президента Азербайджанской Республики в Шушинском районе Айдын Керимов и директор компании PMDProjects Нариман Топчибашев проинформировали главу государства и первую леди о проделанной работе.
Об этом сообщает “Caspian Energy Media” со ссылкой на официальный сайт Президента Азербайджанской Республики.
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa rayonunun Daşaltı kənd məscidinin açılışında iştirak ediblər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da Şuşa rayonunun Daşaltı kənd məscidinin açılışında iştirak ediblər.
Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov və “PMD Projects” şirkətinin direktoru Nəriman Topçibaşev dövlətimizin başçısına və birinci xanıma görülmüş işlər barədə məlumat verdilər.
Bu barədə “Caspian Energy Media” Prezidentin Mətbuat xidmətinə istinadən xəbər verir.
Обсуждены возможности делового сотрудничества между Азербайджаном и Данией
Обсуждены возможности делового сотрудничества между государственными учреждениями и компаниями Азербайджана и Дании.
Обсуждения проводились на встрече с финансовым директором Фонда экспорта и инвестиций Дании Каре Стамером Андреасеном, которая состоялась в AZPROMO.
Исполнительный директор Агентства Юсиф Абдуллаев предоставил информацию о мерах поддержки предпринимателей на основе функции "единого окна", механизмах стимулирования экспорта, в том числе о бренде Made in Azerbaijan и ожидающем утверждения механизме субсидирования логистики.
Было отмечено увеличение инвестиций в сферу возобновляемой энергетики Азербайджана, а также наличие возможностей сотрудничества с датскими компаниями в этой и других сферах ненефтяного сектора. Об этом сообщает “Caspian Energy Media”со ссылкой на Агентство по продвижению экспорта и инвестиций (AZPROMO).
Azərbaycan və Danimarka arasında işgüzar əməkdaşlıq imkanları müzakirə edilib
İxracın və İnvestisiyaların Təşviqi Agentliyində – AZPROMO-da Danimarkanın İxrac və İnvestisiya Fondunun maliyyə direktoru Kare Stamer Andreasen ilə görüş keçirilib.
AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Agentliyin fəaliyyəti, “vahid pəncərə” funksiyası əsasında sahibkarlara göstərilən dəstək tədbirləri, ixracın təşviqi mexanizmləri, o cümlədən “Made in Azerbaijan” brendi və təsdiqi gözlənilən logistikanın subsidiyalaşması mexanizmi barədə məlumat verib. Azərbaycanın bərpa olunan enerji sahəsinə investisiyaların artması, bu və qeyri-neft sektorunun digər sahələrində Danimarka şirkətləri ilə əməkdaşlıq imkanlarının mövcud olduğu qeyd olunub.
Danimarkanın İxrac və İnvestisiya Fondunun maliyyə direktoru Kare Stamer Andreasen təmsil etdiyi qurumun Azərbaycan şirkətlərinə təklif edə biləcəyi maliyyə həlləri və dövlət qurumları ilə əməkdaşlıq imkanları barəsində danışıb. Bu barədə “Caspian Energy Media” AZPROMO-ya istinadən xəbər verir.
Azərbaycanın Avropaya təbii qaz, yaşıl enerji və hidrogen tədarükü ilə bağlı müzakirələr aparılıb
Azərbaycanın Avropaya təbii qaz, yaşıl enerji və hidrogen tədarükü ilə bağlı müzakirələr aparılıb.
“Caspian Energy Media” xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkə hesabında paylaşım edib.
"Avropa Komissiyasının Şərq Qonşuluğu və Genişlənmə Danışıqları üzrə Baş direktoru (DG ENEST) Qert Yan Kupman ilə Azərbaycan-Avropa İttifaqı enerji tərəfdaşlığının gündəliyindəki məsələlərin müzakirəsi baxımından səmərəli görüş keçirdik. Avropaya təbii qaz, yaşıl enerji və hidrogen tədarükü, bu kontekstdə mövcud və planlaşdırılan enerji dəhlizlərinin inkişafı, bu layihələrin enerji təhlükəsizliyində gələcək rolu, investisiya imkanları, eləcə də, Azərbaycan-Aİ enerji dialoqunun növbəti iclasına dair fikir mübadiləsi apardıq", - deyə paylaşımda qeyd edilib.
Азербайджан и ЕС обсудили поставки газа, "зеленой" энергии и водорода
Обсуждены поставки природного газа, "зеленой" энергии и водорода из Азербайджана в Европу.
Как передает “Caspian Energy Media”, об этом сообщил министр энергетики Азербайджана Парвиз Шахбазов в своем аккаунте в социальной сети "X",
"Мы провели плодотворную встречу с генеральным директором Европейской комиссии по вопросам соседства и переговоров о расширении (DG ENEST) Гертом Яном Купманом для обсуждения вопросов повестки дня энергетического партнерства Азербайджан-Европейский Союз. Мы обменялись мнениями о поставках природного газа, "зеленой" энергии и водорода в Европу, развитии существующих и планируемых в этом контексте энергетических коридоров, будущей роли этих проектов в энергетической безопасности, инвестиционных возможностях, а также о предстоящем заседании энергетического диалога Азербайджан-ЕС", - отмечается в сообщении.
Azərbaycan Latviya ilə kənd təsərrüfatı üzrə birgə İşçi Qrupun yaradılmasını müzakirə edib
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Latviya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Edqars Skuya ilə görüşüb.
Görüşdə aqrar sahədə əməkdaşlığın və hüquq-müqavilə bazasının gücləndirilməsi, kənd təsərrüfatı üzrə birgə İşçi Qrupun yaradılması, ixrac potensialı yüksək olan məhsullarla bağlı informasiya mübadiləsi, kənd təsərrüfatı və qida məhsullarının ticarət dövriyyəsinin artırılması, iş adamları arasında əlaqələrin genişləndirilməsi, Latviyalı sahibkarların Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində iştirakı, müasir texnologiyaların transferi və aqrar sahədə elmi-tədqiqat və təhsil üzrə təcrübə proqramlarının həyata keçirilməsi məsələləri müzakirə olunub.
Latviyanın Azərbaycandakı səfiri Edqars Skuya isə ölkəsinin Azərbaycanla dost ölkə olduğunu və bütün sahələr üzrə tərəfdaşlığın inkişafında maraqlı olduğunu vurğulayıb. O, kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın mövcudluğunu qeyd edib. Tərəflər aqrar əməkdaşlığın dərinləşdirilməsində qarşılıqlı maraqlarını ifadə ediblər.
Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər üzrə geniş fikir mübadiləsi aparılıb. Bu barədə “Caspian Energy Media” Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.
Азербайджан обсудил с Латвией создание совместной рабочей группы по сельскому хозяйству
Министр сельского хозяйства Меджнун Мамедов встретился с Чрезвычайным и Полномочным послом Латвийской Республики в Азербайджане Эдгарсом Скуей.
На встрече обсуждались такие вопросы, как укрепление сотрудничества и договорно-правовой базы в аграрном секторе, создание совместной рабочей группы по сельскому хозяйству, обмен информацией о продукции с высоким экспортным потенциалом, увеличение товарооборота в сфере сельского хозяйства и продовольствия, расширение связей между предпринимателями, участие латвийских предпринимателей в Азербайджанской международной сельскохозяйственной выставке, трансфер современных технологий, реализация программ стажировок в области научных исследований и образования в аграрном секторе.
Посол Эдгарс Скуя подчеркнул, что Латвия рассматривает Азербайджан как дружественную страну и заинтересована в развитии партнерства во всех сферах. Он отметил наличие большого потенциала для расширения сотрудничества в сфере сельского хозяйства.
Стороны выразили обоюдную заинтересованность в углублении аграрного сотрудничества. В ходе встречи состоялся широкий обмен мнениями по вопросам, представляющим взаимный интерес. Об этом сообщает "Caspian Energy Media" со ссылкой на Министерство сельского хозяйства.
Azərbaycan nümayəndə heyəti Stokholm Konvensiyasına Tərəflərin 12-ci və Bazel Konvensiyasına Tərəflərin 17-ci konfransında iştirak edib
2025-ci ilin 28 aprel tarixindən İsveçrə Konfederasiyasının Cenevrə şəhərində “Təhlükəli tullantıların sərhədlərarası daşınmasına və kənarlaşdırılmasına nəzarət haqqında" Bazel Konvensiyasına Tərəflərin 17-ci, “Davamlı üzvi çirkləndiricilər haqqında” Stokholm Konvensiyasına Tərəflərin 12-ci konfransı öz işinə başlayıb. Beynəlxalq səviyyədə xüsusi önəm verilən bu konfranslarda sözügedən konvensiyalara üzv dövlətlərin, Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramının, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının və bu sahədə fəaliyyət göstərən Avropa və beynəlxalq qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edib.
Azərbaycan Respublikasını beynəlxalq tədbirdə Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məsul şəxsləri təmsil edib. Konfransda konvensiyaların üzv dövlətlərdə icrası ilə bağlı hüquqi, inzibati və idarəetmə məsələləri, milli qanunvericiliyin konvensiyaya uyğunluğu, təhlükəli tullantıların, davamlı üzvi çirkləndiricilərin və kimyəvi maddələrin siyahılarının dəqiqləşdirilməsi, məlumat mübadiləsinin aparılması üzrə mexanizmlərin tətbiqi, konvensiyalar üzrə ayrı-ayrı dövlətlərə texniki dəstəyin göstərilməsi kimi məsələlər müzakirə edilib. Konfransa Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanındakı daimi nümayəndəliyinin əməkdaşları da qatılıblar. Bu barədə “Caspian Energy Media” Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.