Hörmətli Tərəfdaşlar!
Sizi “Caspian Construction Week”ə dəvət edirik!
Xəzər İnşaat Həftəsi 2025-ci ilin 14-16 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində baş tutacaq. Regionun inşaat sektorunda aparıcı sənaye platformalarından olan bu tədbir çərçivəsində 30-cu Yubiley Azərbaycan Beynəlxalq İnşaat Sərgisi – “BakuBuild”, 5-ci Yubiley Azərbaycan Beynəlxalq Qarabağın Bərpası, Yenidənqurması və İnkişafı Sərgisi – “Rebuild Karabakh”, 17-ci Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu Sərgisi – “Aquatherm Baku”, 4-cü Xəzər Beynəlxalq Plastik və Polimer Sənayesi Sərgisi – “Plastex Caspian” sərgiləri, eləcə də 13-cü Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat Sərgisi – “Road&Traffic” sərgisi baş tutacaq.
Hazırda Azərbaycanla yanaşı, Almaniya, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Bolqarıstan, Böyük Britaniya, İran, İtaliya, Qazaxıstan, Çin, Rumıniya, Türkiyə, Özbəkistan, Çexiya, Cənubi Koreya və digər ölkələrdən 250-dən çox şirkət iştirakını təsdiqləyib. Almaniya, İtaliya, Özbəkistan və Türkiyə sərgidə milli pavilyonlarla təmsil olunacaq.
İştirakçıların siyahısı ilə buradan tanış ola bilərsiniz: Bakubuild, Rebuild Karabakh, Aquatherm Baku, Plastex Caspian, Road and Traffic.
“BakuBuild” sərgisində şirkətlər tikinti və istehsal avadanlıqları, döşəmə örtükləri, interyer həlləri, işıqlandırma və izolyasiya sistemləri nümayiş etdirəcəklər. Həmçinin keramika və üzlük daşları, landşaft materialları, metal məhsulları, pəncərə və qapılar, fitnes avadanlıqları və digər məhsullar təqdim olunacaq.
“Rebuild Karabakh” sərgisində şirkətlər yaşıl energetika, tikinti və tikinti materialları, kənd təsərrüfatı və təhlükəsizlik sahəsində öz həllərini və layihələrini təqdim edəcəklər.
“Aquatherm Baku” sərgisi çərçivəsində borular və boru kəmərləri, hovuzlar, enerji idarəetmə sistemləri, filtrlər, fitinqlər, hava nəmləndiriciləri, havalandırma qurğuları, hava qızdırıcıları, isitmə sistemləri, kompressorlar, kondisionerlər, konvektorlar, soyuducular, ventilyatorlar, klapanlar və digər mühəndis avadanlıqları nümayiş etdiriləcək.
“Plastex Caspian” sərgisində müasir avadanlıqlar və texnologiyalar, xammal və kimyəvi maddələr, eləcə də hazır plastik məhsullar və onların tətbiqi göstəriləcək.
“Road&Traffic” ixtisaslaşmış sərgisi yol təhlükəsizliyi və nəqliyyat infrastrukturuna dair həllərin təqdim olunacağı platformadır. Şirkətlər intellektual nəqliyyat sistemləri, hərəkət idarəetmə texnologiyaları, ictimai nəqliyyat, texnika üçün sürtkü materialları, yanacaqpaylayıcı avadanlıqlar və digər məhsulları nümayiş etdirəcəklər.
Bölmələr haqqında məlumatı müvafiq linkdən əldə edə bilərsiniz: Bakubuild, Rebuild Karabakh, Aquatherm Baku, Plastex Caspian, Road and Traffic.
30-cu Yubiley “Caspian Construction Week” üçün zəngin işgüzar proqram hazırlanmışdır. Tədbir çərçivəsində müxtəlif panel diskussiyaları, B2B və B2G görüşlər də keçiriləcək. Tədbirin işgüzar proqramına burada nəzər yetirmək mümkündür.
30-cu Yubiley Xəzər İnşaat Həftəsinə dəstək göstərən qurumlar sırasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti, Prezidentin Laçın rayonu üzrə xüsusi nümayəndəliyi, Prezidentin Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəliyi, Prezidentin Cəbrayıl, Qubadlı və Zəngilan rayonları üzrə xüsusi nümayəndəliyi, Prezidentin Kəlbəcər rayonu üzrə xüsusi nümayəndəliyi, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), Qarabağ Dirçəliş Fondu, Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA), Azərbaycan Memarlar İttifaqı, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası (ATİA), Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyası (ATMİA) yer alır. “KOBİA”, “AZPROMO”, Qarabağ Dirçəliş Fondu, “MİDA” və “ASK” sərgidə stendlərlə təmsil olunacaq.
Tədbirin təşkilatçıları “Iteca Caspian”, “Caspian Event Organisers” və onların beynəlxalq tərəfdaşları — “ICA Events” və “Caspian Event Management FZ-LLC” şirkətləridir. “Caspian Construction Week” Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA) tərəfindən fəal şəkildə dəstəklənir.
Bu il yubiley həftəsinin Baş sponsoru Azərbaycanda daşınmaz əmlakın inkişafı, investisiya və idarə olunması üzrə aparıcı şirkətlərdən biri olan “PMD Group”dur. Tədbirin Rəsmi bank tərəfdaşı ölkənin aparıcı korporativ maliyyə institutu “PASHA Bank”, Rəsmi otel tərəfdaşı isə “Absheron Hotel Group” olacaq. 2025-ci ilin payız sərgilərinin Rəsmi otel tərəfdaşları – “Hilton Baku”, “Radisson Hotel Baku”, “Hilton Garden Inn Baku”, “Ibis Baku City”; Rəsmi florist tərəfdaşları – “Gloria Flowers” və “Buketeria”; Rəsmi turizm tərəfdaşı – “Greenwich Travel Club”; digər rəsmi tərəfdaşlar arasında isə “AzExpoMontage LLC” və “Caspian Freight Services” şirkətləri yer alır. “Rebuild Karabakh” sərgisinin rəqəmsal həllər üzrə rəsmi tərəfdaşı “AzInTelecom” MMC şirkətidir.
“Caspian Construction Week”i ziyarət etmək üçün buradan qeydiyyadan keçmək mümkündür.
Sizi 30-cu Xəzər İnşaat Həftəsində görməyə şad olarıq.