Четверг, 01 Май 2025 15:07

Azərbaycan və Böyük Britaniya enerji sahəsində strateji tərəfdaşlığı müzakirə edib

Azərbaycan və Böyük Britaniya enerji sahəsində strateji tərəfdaşlığı və investisiya imkanlarını, eləcə də iqtisadi-ticari əlaqələrimizin inkişafı üzrə aktual məsələləri müzakirə edib.

"Caspian Energy Media" xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X” hesabında paylaşım edib.

"Londonda Birləşmiş Krallığın biznes və ticarət üzrə dövlət katibinin müavini, xidmətlər, kiçik bizneslər və ixrac naziri Qaret Tomasla səmərəli görüş keçirdik. Enerji sahəsində strateji tərəfdaşlığımızı və investisiya imkanlarını, eləcə də iqtisadi-ticari əlaqələrimizin inkişafı üzrə aktual məsələləri müzakirə etdik", - deyə paylaşımda qeyd olunub.

Read 363 times Last modified on Четверг, 01 Май 2025 15:10

 

НОВОСТИ