İyunun 11-də Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini Anar Kərimov Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Ştefani Ştalmeysteri və Bankın Avropa və Mərkəzi Asiya regionu üzrə Dövlət İdarəçiliyi və İnstitusional İnkişaf Proqramının rəhbəri və bu sahədə təcrübələr üzrə meneceri Adrian Fozzardı qəbul edib.
Görüş zamanı Azərbaycan ilə Dünya Bankı arasında mövcud olan əməkdaşlıqdan məmnunluq ifadə edilib, Azərbaycan hökumətinin bu əməkdaşlığın genişləndirilməsində maraqlı olduğu qeyd edilib. Görüşdə Bankın dəstəyi ilə həyata keçirilən və hazırda icrası davam edən dövlət maliyyəsinin idarə edilməsi sahəsində islahatlara dair texniki yardım və bu çərçivədə gələcək əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Bu barədə “Caspian Energy Media” Maliyyə nazirliyinə istinadən xəbər verir.