İxracın və İnvestisiyaların Təşviqi Agentliyində – AZPROMO-da Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Alim Bayelin rəhbərlik etdiyi Qazaxıstan nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə Qazaxıstan-Azərbaycan İşgüzar Şurasının Azərbaycan tərəfindən həmsədri İbrahim Alısoy və Qazaxıstan tərəfindən yeni təyin olunan həmsədri Dauren Bimov, o cümlədən hər iki ölkədən mebel istehsalı, səhiyyə, hüquq və nəqliyyat-logistika sahələrində fəaliyyət göstərən sahibkarlar iştirak ediblər.
Caspian Energy Media AZPROMO-ya istinadən xəbər verir ki, görüşdə ölkələrimiz arasında ticarət əlaqələrinin genişləndirilməsi, biznes tərəfdaşlığının intensivləşdirilməsinə dair fikir mübadiləsi aparılıb.

 
						 
						 
						 
		  	 
				
				
				
				
							 
				
				
				
				
							 
				
				
				
				
							 
				
				
				
				
							 
				
				
				
				
							