Azərbaycanın minifutbol üzrə U-23 millisinin baş məşqçisi müəyyənləşib. Yığma Rəcəb Fərəczadəyə tapşırılıb. Mütəxəssis oktyabrın 7-10-u aralığında Xorvatiyada keçiriləcək dünya çempionatında komandaya rəhbərlik edəcək.
Bu barədə “Caspian Energy Media” Azərbaycan Minifutbol Federasiyasına istinadən xəbər verir.

 
						 
						 
						 
		  	 
				
				
				
				
							 
				
				
				
				
							 
				
				
				
				
							 
				
				
				
				
							 
				
				
				
				
							