Bakıda və Abşeron yarımadasında, eləcə də Xəzər dənizi sahili boyu yerləşən rayonlarda tozlu hava şəraiti müşahidə olunur.
Avtomatik stansiyalardan əldə olunan məlumata görə, havada tozun miqdarı artıb və hazırda normadan 4-4.5 dəfə yüksəkdir.
“Caspian Energy Media” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib.

 
						 
						 
						 
		  	 
				
				
				
				
							 
				
				
				
				
							 
				
				
				
				
							 
				
				
				
				
							 
				
				
				
				
							