"Caspian Energy Club"ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Beynəlxalq ticarət” işçi qrupunun növbəti iclasında iştirak edib.
İclasda işçi qrupunun 2025-ci il üzrə "Yol xəritəsi”nə daxil edilən tapşırıqlarının icra vəziyyəti barədə müzakirələr aparılıb, ticarət sahəsində hüquqi tənzimləmələr, müvafiq infrastruktur sahələrinin yaradılması imkanlarına dair təqdimatlar dinlənilib.

