Türkiyə boksçusu Esra Yıldız Kahraman olimpiya boks yarışlarında 57 kq çəki dərəcəsində bürünc medal qazanıb.
Fransanın paytaxtında "Court Philippe Chatrier" kompleksində keçirilən yarışda Kahraman tayvanlı boksçu Lin Yutinə 5-0 hesabı ilə uduzub.
Bu barədə Caspian Energy Media “Anadolu Ajansı”na istinadən xəbər verir.

 
						 
						 
						 
		  	 
				
				
				
				
							 
				
				
				
				
							 
				
				
				
				
							 
				
				
				
				
							 
				
				
				
				
							