ABŞ 2026-cı ildə Yer orbitindəki obyektləri müşahidə etmək üçün Silent Barker peyk qruplaşmasını istismara verməyi planlaşdırır. Bu barədə ABŞ Kosmik Qüvvələrinin rəhbəri general Stiven Vaytinq məlumat verib, “Caspian Energy Media” Defense News-a istinadən xəbər verir.
ABŞ Kosmik Qüvvələri və Milli Kəşfiyyat İdarəsi peykləri 2025-ci ilin əvvəlində sınaq istismarına başlamağı planlaşdırır.

 
						 
						 
						 
		  	 
				
				
				
				
							 
				
				
				
				
							 
				
				
				
				
							 
				
				
				
				
							 
				
				
				
				
							