Tuesday, 03 June 2025 14:34

“Caspian Energy Club” Premium və qapalı üzvlük formatına keçir

“Caspian Energy Club”ın İdarə Heyətinin müvafiq qərarına əsasən klubun fəaliyyət formatı “Premium” və qapalı modelə keçirilir. Dəyişikliklərə əsasən, 2025-ci il avqust ayının 1-dən etibarən “Silver”, “Bronze” və “Networking” statuslu üzvlüklər ləğv olunur.

Bu barədə “Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev bildirib.

Onun sözlərinə görə, 1 avqustdan etibarən klubda yalnız aşağıdakı statuslar qüvvədə olacaq: “Diamond”, “Platinum”, “Gold” və yeni təqdim edilən xüsusi üzvlük statusu – “CEO Membership”.

1 avqust tarixinə qədər “Silver” və ya “Bronze” statusda müqavilə imzalayan şirkətlər “Caspian Energy Club”da müqavilə şərtlərinə əsasən bir il ərzində bu statuslarda öz fəaliyyətini davam etdirə və bütün tədbirlərə qatıla bilərlər.

“Bu qərarın əsas məqsədi klubun xidmət səviyyəsini daha da yüksəltmək, beynəlxalq platformalarda daha geniş auditoriyaya çıxış əldə etmək və yalnız yüksək statuslu üzvlər – CEO-lar və iri şirkət nümayəndələri üçün xüsusi beynəlxalq səfərlər, “private banking” xidmətləri, “premium” və “luxury” formatlı tədbirlər təşkil etməkdir”, – Telman Əliyev qeyd edib.

Bundan sonra klub çərçivəsində keçiriləcək bütün tədbirlər qapalı formatda, yalnız “Diamond”, “Platinum”, “Gold” və “CEO Membership” statuslu üzvlər üçün nəzərdə tutulacaq. “Caspian Energy Club”ın üzvü olmayan şirkət və şəxslərin bu tədbirlərdə iştirakı məhdudlaşdırılacaq.

“Biz əminik ki, “Caspian Energy Club”ın fəaliyyətinin yeni mərhələsində bizim böyük ailənin üzvü olan şirkət və təşkilatlar yeni fürsətlərdən səmərəli istifadə edərək, həm Azərbaycanda, həm də beynəlxalq bazarlarda öz mövqelərini gücləndirəcək və fəaliyyətlərini genişləndirəcəklər”, – deyə Telman Əliyev bildirib.

 

“Caspian Energy Holding” haqqında qısa məlumat

“Caspian Energy Holding” 2025-ci ildə “Caspian Energy” brendi altında fəaliyyət göstərən bütün networking platformalar, media layihələr, forumlar və mükafatlar vahid ekosistem daxilində birləşdirmək məqsədilə təsis edilmişdir.

Bu ekosistem üzərində “Caspian Energy Club”, Avropa ilə İqtisadi Əməkdaşlıq İctimai Birliyi və Azərbaycan Milli Biznes Assosiasiyası 100-dən çox ölkədən olan sahibkarlara networking qurmaq imkanı yaradacaq.

“Caspian Energy Holding”in tərkibinə aşağıdakı qruplar daxildir:

• “Caspian Energy Club”

• “Caspian Energy Club International”

• “Caspian Energy Event Group”

• “Caspian Energy International Media Group”

• “Award Organizers Group”

• “Caspian Energy Research Group”

• “Caspian Energy Entertainment Group”

• “Caspian Energy Jobs”

“Caspian Energy Club”a daxil olan sahibkarlar Vahid ekosistem çərçivəsində hal-hazırda mövcud olan bütün xidmətlərlə yanaşı hüquq, maliyyə, turizm, konsaltinq və digər xidmətlərdən yararlana biləcəklər. Ekosistemə inteqrasiya olunan qlobal loyallıq proqramı da tətbiq ediləcək.

2002-ci ildə dünyanın iri transmilli, dövlət və özəl neft-qaz və enerji şirkətləri tərəfindən yaradılan, mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club” dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən və dinamik inkişaf edən beynəlxalq biznesnetworking platformasıdır.

“Caspian Energy Club” biznes-hökumət dialoqunun fəal iştirakçısıdır və əsas məqsədlərindən biri, Azərbaycanda və “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasıdır.

 

 

 

Read 31 times Last modified on Tuesday, 03 June 2025 10:41

 

NEWS